Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarını mükafatlandıracaq. 

ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının hər birinə 200 (iki yüz) manat məbləğində pul mükafatı veriləcək. 

Qeyd edək ki, 2024-cü ilin ali məktəblərə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo